Xəbər lenti

Azərbaycanda noyabrın 9-da Azərbaycan Respublikasının Dövlət Bayrağı günü ilə əlaqədar iş olmayacaq.

Əmək Məcəlləsinin 105-ci (Bayram günləri) maddəsinin və Nazirlər Kabinetinin “2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” qərarına əsasən, noyabrın 9-u qeyri-iş günüdür. Noyabrın 10-u şənbə, 11-i bazar gününə təsadüf etdiyindən ölkədə ardıcıl 3 gün qeyri-iş günü olacaq.

Noyabrın 12-də Konstitusiya günü, 17-də isə Milli Dirçəliş günü qeyd edilsə də, həmin günlər iş günü hesab olunur/Report.

 




Ana səhifəyə qayıt        Baxış: 510          Tarix: 22-10-2018, 17:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma