Xəbər lenti

 

Bakıda mağazaların paltardəyişmə otaqlarından oğurluq edən qadın tutulub. O, paltar alan qadınların güzgüya baxmasından istifadə edərək həmin otaqdan onların çantalarını oğurlayırmış. Ağsu rayonunda isə fərdi təsərrüfatdan heyvan oğurluğu olub.

Əvvəlcə paltarlara baxır. Daha sonra bəyəndiyini götürüb paltardəyişmə otağına gedir.

O, paltardəyişmə otağında olan başqa şəxslərə məxsus çantanı götürüb çıxır.

Görüntülər Nərimaov rayonunda ticarət mərkəzlərindən birində təhlükəsizlik kameraları ilə qeydə alınıb.

Rayon Polis İdarəsinə müraciət edən 5 nəfər xanım zərərçəkən müxtəlif vaxtlarda həmin ticarət mərkəzlərindəki mağazaların paltardəyişmə otaqlarında olan çantalarından ümumilikdə 3 min manat pulun və digər qiymətli şəxsi əşyalarının oğurlanması barədə məlumat veriblər.

Polis əməkdaşları əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən Ağcəbədi rayon sakini Günel Quliyevanı saxlayıb. Saxlanılan şəxs ifadəsində törətdiyi cinayətləri etiraf edərək bildirib ki, müştəri kimi daxil olduğu mağazaların paltardəyişmə otaqlarını gəzərək oradan oğurluqlar edib.

Saxlanılan şəxsin yaşadığı evə baxiş keçirilən zamanı oradan çoxsaylı qadın çantaları və pul qabıları aşkar olunaraq götürülüb. Qeyd edilən faktlarla bağlı cinayət işi başlanılıb, əməliyyat və istintaq tədbirləri davam etdirilir. Günel Quliyevanın digər analoji cinayətlər törətməsi də istisna olunmur.

Ağsu rayonunda isə fərdi təsərrüfatdan heyvan oğurluğu olub. Müraciətdən sonra hadisəni törətməkdə sübhəli bilinin Kürdəmir rayon sakini Zaur Dəmirov saxlanılıb . Onun həyətinə baxış keçirlən zaman oğurladığı 2 ədəd camış və bir neçə qoyun aşkar edilərək sahibinə qaytarılıb. Faktla bağlı Ağsu rayon polis şöbəsində cinayət işi başlanılaraq istintaq aparılır.

 




Ana səhifəyə qayıt        Baxış: 380          Tarix: 3-11-2018, 19:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma