Xəbər lenti
16-11-2019, 23:45
16-11-2019, 23:09

Tanınmış jurnalist Yaşar İsakov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin rəis müavini təyin olunub.

Bu barədə DTX-nin İctimai əlaqələr şöbəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib: “Yaşar İsakov Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevin əmrinə əsasən, qurumun İctimai Əlaqələr şöbəsinin rəisinin müavini təyin edilib”.

Qeyd edək ki, DTX-nin İctimai əlaqələr şöbəsinin rəisi Arif Babayevdir.

İki gün əvvəl Y.İsakovun DTX-da məsul vəzifəyə təyin olunduğu bildirilsə də, söhbətin hansı vəzifədən getdiyi açıqlanmamışdı. Y.İsakov bu təyinatadək Bakı Beynəlxalq Avtovağzalının mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. Həmin vəzifəyədək isə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri vəzifəsində işləyib.

Y.İsakov daha əvvəllər “Press24.az” saytının, “Birja plyus”, “Yejenedelnik” qəzetlərinin, “Bona Mente” jurnalının, “News24.az” saytının baş redaktoru olub, məqalələri “Day.az”, “1News.az”, “Aznews.az” saytlarında, “Exo” və “Naş vek” qəzetlərində dərc olunub.

Xatırladaq ki, Y. İsakov keçmiş polis zabitidir. Uzun illər Daxili İşlər Nazirliyinin Polis Akademiyasında fəlsəfə, politologiya və sosiologiya fənlərini tədris edib.

 




Ana səhifəyə qayıt        Baxış: 506          Tarix: 12-11-2018, 15:06      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent