Xəbər lenti

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Bərdədə vətəndaşlarla görüşəcək.

Ramin Quluzadə noyabrın 16-da saat 12:30-da Bərdə şəhərində Bərdə, Yevlax, Tərtər və Ağdam rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:

Bərdə rayonunda 02020 51515

Yevlax rayonunda 02233 64646

Tərtər rayonunda 02223 61554

Ağdam rayonunda 02632 50622

nömrəli telefonlara zəng etmələri xahiş olunur.

 




Ana səhifəyə qayıt        Baxış: 314          Tarix: 13-11-2018, 15:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma