Xəbər lenti

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin avtomobil qəzasına düşməsilə bağlı məlumat yayılıb.

Strateq.az xəbər verir ki, Ə.Abıyev Modern.az-a açıqlamasında bu məlumatın yalan olduğunu bildirib:

“Hazırda deputatla görüşdəyəm. Bu dəqiqə iclas gedir, camaatın qarşısında sizinlə danışıram. Onu kim yazıbsa, şou axtarır. Tamamilə yalan məlumatdır”.

Ə.Abıyev ümumiyyətlə bu günlərdə hər hansı qəza olmadığını vurğulayıb.

Xatırladaq ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin avtomobil qəzasına düşməsi haqda xəbəri “Report” yayıb.

Sayt bildirib ki, hadisə rayonun Heydər Əliyev küçəsində qeydə alınıb.

Belə ki, içərisində Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin də olduğu “Toyota” markalı avtomobil hərəkətdə olan zaman sağ tərəfdən gələn “VAZ-21099” markalı avtomobillə toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

 




Ana səhifəyə qayıt        Baxış: 399          Tarix: 4-12-2018, 17:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma