Xəbər lenti

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Dövlət Məşğulluq Xidmətinə yeni rəis təyin edib.

unikal.org-un əldə etdiyi məlumata görə, Sahil Babayevin müvafiq əmri ilə, Fuad Məmməd oğlu Musayev Dövlət Məşğulluq Xidmətinin rəisi vəzifəsinə təyinat alıb.

O, bu təyinata qədər həmin xidmətdə rəis müavini işləyib.

Xəbəri Dövlət Məşğulluq Xidmətindən  təsdiqləyiblər.

Qeyd edək ki, Fuad Musayev Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevin oğludur.

 




Ana səhifəyə qayıt        Baxış: 586          Tarix: 5-12-2018, 16:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma