Xəbər lenti

 

Ötən gün Sumqayıt şəhərində 20 yaşlı qız evində ölüb.

Bu barədə Sumqayıt şəhər Prokurorluğundan BAKU.WS-ə verilən məlumata görə, hadisə köhnə Corat qəsəbəsi, ev 428 ünvanında baş verib.

Həmin ünvanda yaşayan 1998-ci il təvəllüdlü Günel Əlibaba qızı Dövlətzadə çimmək üçün hamama girib. Bir müddət sonra onun anası qızından səs gəlmədiyini görüb. Qapını açdıqda Günel Dövlətzadənin meyitini tapıblar.

Hadisə barədə polisə məlumat verilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

Meyitin müayinəsindən sonra ölümün səbəbi məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 492          Tarix: 20-12-2018, 16:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma