Xəbər lenti

 

Uzun müddət bağlı saxlanılaraq təmir olunan, məhz buna görə də sürücülərün böyük narazılıqlarına yol açan və ötən ilin dekabrında, nəhayət ki, istifadəyə verilən “Babək” prospektinin bir hissəsində çökmə baş verib.

Ovqat.com-n xəbərinə görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bu barədə Modern.az-a açıqlama verib.

O bildirib ki, çökmə 2-3 metrlik hissədə baş verib:

“Hazırda əməkdaşlarımız ərazidədir. Deformasiyaya uğramış hissə bərpa olunur. Problemin hansı səbəbdən yarandığı araşdırılır”.

AAYDA rəsmisinin sözlərinə görə, çökməyə ilkin səbəb kimi yolun altından yenidənqurma zamanı çoxlu yeni kommunikasiya xətləri çəkilməsi ehtimal olunur.

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə “Babək” prospektinin yenidənqurma işlərinə 2018-ci ilin dövlət büdcəsindən 20,1 milyon manat vəsait ayrılmışdı.

Eyni zamanda bildirək ki, həmin ərazidə təmir işləri aparılarkən yol kənarında yerləşən irili-xırdalı ticarət obyektlərinin sahibləri gəlirlərinin əhəmiyyətli dərəcədə aşağı düşməsindən şikayətlənirdi. Onlar iş yerlərinin həftələrlə iflic vəziyyətinə gəlməsindən narazılığını bildirirdi.




Ana səhifəyə qayıt        Baxış: 631          Tarix: 22-01-2019, 10:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma