Xəbər lenti

 

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə “ARB 24” Televiziya Şirkətinin birgə layihəsi olan “Qida Bələdçisi” verilişi hazırlanıb. Hansı ki, yayımlanan ilk verilişdə istehlakçılara onlara təklif edilən ərzaq məhsullarında diqqət yetirilməsi gərəkən məqamlar şərh edilib.

Qida Təhlükəsizliyi Agentliyinin bu təşəbbüsü ictimaiyyətin maarifləndirilməsi baxımından nə dərəcədə önəmlidir? Bu qəbildən olan verilişlərin sayının artırılmasına ehtiyac varmı?

 

Moderator.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov bu təşəbbüsü yüksək qiymətləndirdiyini qeyd etdi:

“Mən Qida Təhlükəsizliyi Agentliyinin bu təşəbbüsünü yüksək qiymətləndirirəm. Bu, çox əhəmiyyətli bir təşəbbüsdür. Əhalinin maarifləndirilməsi olduqca vacibdir. Bununla yanaşı qeyd edim ki, bu agentliyin əsas vəifələrindən biri məhsulun tarladan istehlakçının masasına qədər izlənilməsini təmin etməkdir. Yaxşı olardı ki, Qida Təhlükəsizliyi Agentliyi həm də əhalinin fəallığının arıtılması istiqamətində səylərini genişləndirsin. Çaışmaq lazımdır ki, insanlar agentliyin fəaliyyətinə kömək etsin. Biz də ictimai bir təşkilat olaraq agentliyin fəaliyyətinə kömək etməyə hazırıq”.

 

Seymur ƏLİYEV




Ana səhifəyə qayıt        Baxış: 591          Tarix: 28-01-2019, 14:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma