Xəbər lenti

 Müxalifətçi Milli Şura yeni mitinq keçirmək niyyətində olduğunu bildirib. AXCP-nin mətbuat xidmətindən verilən xəbərə görə, müxalifətin yeni mitinqi fevralın 23-də “Məhsul” stadionunda keçiriləcək. Mitinq saat 15:00-da başlayacaq.

Xatırladaq ki, daha öncə Bakı Şəhər İcra Hakimiyyəti müxalifətçi Milli Şuranın yanvarın 26-da mitinq keçirmək istəyinə rədd cavabı vermişdi.

Mitinqin keçirilməsi haqda müraciətə rədd cavabı bununla əsaslandırılmışdı ki, 19 yanvarda keçirilmiş əvvəlki mitinqdən sonra və yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət zamanı ictimai asayişin pozulması faktları qeydə alınmışdı.




Ana səhifəyə qayıt        Baxış: 702          Tarix: 17-02-2019, 09:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma