Xəbər lenti

 

Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisində anbarlardan birində baş verən yanğın zamanı ümumi müraciət edənlərin sayı 16 nəfər olub. 

Səhiyyə Nazirliyindən "Report"a verilən məlumata görə, onlardan 6-na yerində yardım edilib. 

Nazirlikdən bildirilib ki, qalan 10 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb: "10 nəfərdən biri yanğın baş verən ticarət mərkəzinin əməkdaşıdır, qalanlar yanğının söndürülmasində iştirak edən FHN və DİN əməkdaşlarıdır. Müraciət edənlərə tibbi yardım göstrildikdən sonra evə buraxılıblar".




Ana səhifəyə qayıt        Baxış: 402          Tarix: 5-08-2019, 10:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma