Xəbər lenti

 

NASA-da illik ək yüksək əməkhaqqı təqribən 155 min dollara (ayda təqribən 13 min dollar) çatır.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu NASA-nın Beynəlxalq Kosmik Stansiyaya (BKS) illik ekspedisiyaya gedən sabiq astronavtı Skott Kelli deyib.

"Mövcud şəbəkəyə əsasən, NASA astronavtları ən yaxşı halda GS-15 federal işçi dərəcəsinə iddia edə bilərlər ki, bu da hərbidə polkovnik və ya dəniz kapitanı rütbəsinə bərabərdir. Bu mövqelərdə illik əməkhaqqı təqribən 155 min dollardır", — deyə o bildirib.

Astronavt NASA-nı 2016-cı ildə BKS-ya ekspedisiya da daxil olmaqla, fəzaya 4 uçuş etdikdən sonra tərk edib.




Ana səhifəyə qayıt        Baxış: 377          Tarix: 12-08-2019, 10:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma