Xəbər lenti

 

Avqustun 17-si saat 10:00-dan etibarən Göyçay, Ucar, Zərdab rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı 2 gün müddətinə dayandırılacaq.

Bu barədə Axar.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bu vaxt ərzində Qaz İxrac İdarəsinin balansında olan “Qazıməmməd-Qazax” magistral qaz kəmərinin 163-ci km-də yeni çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi işləri aparılacaq.




Ana səhifəyə qayıt        Baxış: 210          Tarix: 16-08-2019, 23:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma