Xəbər lenti

 

Rəqqasə Fatimə Fətəliyeva şəxsi İnstaqram hesabının "story" bölməsində paylaşdığı video ilə diqqət mərkəzinə düşüb.

Sözügedən videoda rəqqasənin oğlu Hüseynin sükan arxasındakı atasının qucağında əyləşdiyi görünür.

Bu isə yol hərəkəti qaydalarının pozulması ilə yanaşı, həm də 7 yaşlı Hüseynin həyatının təhlükəyə atılması deməkdir. 

Qeyd edək ki, Yol hərəkəti haqda qanun 12 yaşadək uşaqların avtomobilin ön hissəsində, yalnız sürücünün sağ tərəfində xüsusi oturacaq olduğu halda daşınmasına icazə verir. Əks təqdirdə sürücü İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinin 2-ci bəndinə əsasən, 3 balla cəzalandırılır və 60 manat məbləğində cərimə olunur. \\Qafqazinfo




Ana səhifəyə qayıt        Baxış: 187          Tarix: 20-08-2019, 23:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma