Xəbər lenti

 

2019-cu il üzrə Azərbaycan universitetlərinin ən gənc tələbəsi  Lənkəran Dövlət Universitetində (LDU) təhsil alacaq. Lənkəran rayonunun Şilavar kənd sakini ,15 yaşlı Miryusif Feyzullazadə Lənkəran Dövlət Universitetinin  turizm və otelçilk ixtisasına dövlət sifarişi əsasında qəbul olunub.Bu gün 15 yaşlı gənc LDU-da qeydiyyatdan keçib.Ölkənin ən gənc tələbəsini təbrik edənlər arasında Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov da olub.Universitet rəsmisi yeniyetmə gənci qazandığı uğura görə təbrik edib və nə üçün məhz LDU-nu seçməsi ilə maraqlanıb.Miryusif Feyzullazadə Lənkəran Dövlət Universitetində son illərdə görülən çoxçaxəli işləri,təhsildə qazanılan uğurları yaxından izlədiyini deyib və bu ali təhsil ocağında yaradılan şəffaf,qərəzsiz mühitə,yaradıcı ab-havaya , tələbələrə obyektiv yanaşmaya görə professor Natiq İbrahimova minnətdarlıq bildirib və LDU tələbəsi olmağı ilə qürur duyduğunu deyib.15 yaşlı gənc seçdiyi ixtisası gələcəyin peşəsi adlandıraraq  zəngin turizm potensialına malik cənub bölgəsində hazırkı durumda ixtisaslı turizm kadrlarına böyük ehtiyac duyulduğunu bildirib.
Qeyd edək ki,LDU  tələbə qəbulu səviyyəsinə görə son illərdə ölkədə öncül yerlərdən birini tutur.Gənclərin seçimlərində LDU-ya üstünlük vermələri isə burada tədrisin səviyyəsinin yüksək olması,yeni ixtisasların açılması, modern yataqxananın inşa olunması,ən əsası isə, tədris prosesində şəffaf və obyektiv mühitin təmin edilməsidir. 
Xatırladaq ki,sənədlərin qəbulu avqust ayının 15-dən 27-dək hər gün(şənbə və bazar günləri istisna olmaqla) saat 9.00-17.00-dək universitetin əsas binasında keçirilir.



Ana səhifəyə qayıt        Baxış: 275          Tarix: 21-08-2019, 13:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma