Xəbər lenti

 "2006-cı ildə "Qan və qan komponentlərinin donorluğu, qan xidmətinin təkmilləşdirilməsi" adlı dövlət proqramı qəbul olunub".
Medicina.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib. O qeyd edib ki, İnstitutun nəzdində Mərkəzi qan bankı ilə yanaşı, 8 bölgədə qan bankının bölmələri açılıb.
Z.Əlimirzəyevanın sözlərinə görə, talassemiyali xəstələrin ay ərzində 3-4 dəfə qan köçürməyə ehtiyacı olur: "Dövlət proqramı qəbul olunduqdan sonra donorların sayı artıb. 2013-cü ildə bu say 22812 idisə, 2018-ci ildə 90490 nəfər qan verib".




Ana səhifəyə qayıt        Baxış: 387          Tarix: 22-08-2019, 12:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma