Xəbər lenti

 

Ali Məhkəmədə  əxlaqsızlıq yuvaları saxlamada təqsirləndirilən Maman Nadirovanın barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, M.Nadirovanın kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, M.Nadirova Nəsimi rayonunda paytaxt sakini Sevda Vəliyevanın (ad və soyadlar şərtidir - red.) mənzilini kirayə götürüb və orda əxlaqsızlıq yuvası təşkil edib. 23 dekabr 2016-cı il tarixdə Samir Məmmədovun Samirə Əliyeva ilə görüşünə həmin mənzildə şərait yaradıb.

Bunun müqabilində M.Nadirova S.Məmmədovdan qadınla mənzildə bir saat görüşməsi üçün 20 manat alıb.

Daha sonra M.Nadirova yüngül həyat tərzi keçirən Nərmin Səlimovanı (ad və soyadlar şərtidir - red.) İsa Vəliyevlə görüşünə şərait yaradıb. O, İsa Vəliyevdən 50 manat alıb və həmin mənzildə Nərminlə görüşməsinə şərait yaradıb.

M.Nadirova İsa Vəliyevdən aldığı 50 manatın 25 manatını özünə götürüb, 25 manatını isə qadına verib.

Bundan sonra Nərmin Səlimova həmin mənzildə İsa Vəliyevlə intim əlaqəyə girib.

Bu zaman Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları daxil olan məlumat əsasında həmin mənzilə gəliblər.

Keçirilən əməliyyat nəticəsində mənzilin yataq otağında İsa Vəliyev Nərminlə yaxalanıb.

M.Nadirova həbs edilib və onun barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) və 244.2.1-ci (təkrar əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə ittiham elan edilib.

Nəsimi Rayon Məhkəməsinin hökmü ilə M.Nadirova 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan qadın apellyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Bakı Apellyasiya Məhkəməsinə qadının şikayətini təmin etməyib. Daha sonra M.Nadirova kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. (unikal)




Ana səhifəyə qayıt        Baxış: 26          Tarix: 22-08-2019, 15:33      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent