Xəbər lenti

 

Fövqəladə Hallar Nazirliyi Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində üçmərtəbəli binada baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb. 

FHN-dən "Report"a verilən məlumata görə, Bakı şəhərinin Səbail rayonu, Nizami küçəsində üçmərtəbəli yaşayış binasının ikinci mərtəbəsinin dəhlizinin atma taxtaları 10 m² sahədə və ümumi sahəsi 140 m² olan üç mənzilin yanar konstruksiyaları 55 m² sahədə yanıb. Yanğın zamanı Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən tüstülənmiş mənzillərdən 18 nəfər bina sakini təxliyə olunub. 

Mənzillərin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın zamanı 3 bina sakini müxtəlif dərəcəli yanıq xəsarətləri alıb, onlara əraziyə cəlb olunan Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadası tərəfindən ilkin yardım göstərilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


08:46***04.09.2019

Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində üçmərtəbəli binada baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

"Report" xəbər verir ki, yanğının digər evlərə keçməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır. 


***23:30

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində üçmərtəbəli binada yanğın olması barədə məlumat daxil olub. 

FHN-dən "Report"a verilən məlumata görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. 

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.




Ana səhifəyə qayıt        Baxış: 538          Tarix: 4-09-2019, 08:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma