Xəbər lenti

 

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə rayonun Muzdurlar kəndi
ərazisində qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü rayon sakini Məmmədov Səttərbəy Qabil oğlunun idarə etdiyi minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı beton maneyə çırpılıb. Qəza nəticəsində o və maşındakı 1969-cu il təvəllüdlü sərnişin Əliyeva Şərqiyə Kərim qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
 




Ana səhifəyə qayıt        Baxış: 347          Tarix: 5-09-2019, 08:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma