Xəbər lenti

 

 Nazilə Nəriman

Savad, mədəniyyət və səviyyə aşağı endikcə ölkənin gələcək taleyi də məhvə doğru sürüklənir.

 Azərbaycanda cəmiyyətin güzgüsü rolunu hər zaman mətbuat oynayıb. Daha dəqiq desək, yazılı KİV illər öncə nöqsanları, problemləri vaxtında işıqlandırmaqla cəmiyyəti etiraza, öz haqlarını qorumağa səsləyib. Amma bu dönəm artıq tarixə qovusmaq üzrədir. Hazırda bu missiyanı internet KİV, sosial şəbəkələr daşımağa başlayıb. Yerli televiziya kanallarından isə heç danışmağa dəyməz. Çünki indiyə qədər qırmızı yalanları millətə elə sırıyıblar və sırımaqda davam edirlər ki, milyonluq izləyiçi auditoriyasını bu üzdən itiriblər. İndi kimi dindirirsən, yerli televiziyalara baxmadığını deyir. Tamaşaçı artıq 1-2 serialdan, Zaurla Xoşqədəmin verilşindən başqa heç nəyə maraq göstərmir.

Hazırda qəzetlərə də maraq sıfır dərəcəyə enib. Halbuki, 10-15 il əvvələ qədər insanlar qəzetlərdə gedən xəbərləri səbirsizliklə gözləyər, rəsmi xəbərlərə inanmayaraq əsl həqiqətləri yazılı KİV-dən öyrənməyə çalışardılar. Lakin yazılı mətbuat eyni xəbərləri bir-birindən köçürüb yaymağa başlayandan sonra bu sahənin bazarı "öldü". Çünki insan təbiəti plagiatçılığı heç vaxt qəbul etmir.

Buna görə də yazılı KİV artıq öz dövrünü başa vuraraq bir "sinif" kimi sıradan çıxmaq üzrədir. Artıq qəzet oxuyan adamlara çox nadir hallarda rast gəlinir. Bu gün sosial şəbəkələr, saytlar, xəbər portalları virtual aləmde söz sahibidir desək, yanlmarıq.

Bir tərəfdən, bu, yaxşıdır, rəqabət bütün sahələrdə olduğu kimi , xəbər "bazarında" da inkişaf üçün zəmin yaratmalıdır. Amma yarada bilirmi? Söhbət də elə bundan gedir.

Bu sahədə iİnkişaf deyil, geriləmə özünü daha çox biruzə verir. Bu gün çoxsaylı xəbər portalları və saytlar arasında düşündürücü, məntiqə əsaslanan və cəmiyyəti narahat edən, taleyüklü məsələlərin təhlilinə yönəlmiş ciddi yazılara nadir halda rast gəlmək olur. Mətbuat aləmində barmaqla sayılacaq qədər az qalmış peşakarların (əksəriyyət ya jurnalistikadan uzaqlaşmış, ya da ölkədən köçüb gedib) qələmindən çıxan bu yazılar isə cılız sou xəbərlərin kölgəsində itib-batır. Çünki geniş oxucu kütləsini maraqlandıran artıq belə ciddi mövzular deyil. (Necə deyərlər, televiziyalar reytinq xatirinə "bezdarnı" verilşləri efirə çıxarmaqla, "diringi" musiqiləri yayınlamaqla, "əttökən" , savadsız, bayağı müqənniləri "ulduza" çevirməklə kütlənin zövqünü çoxdan korlayıblar).

İndi analitik-təhlil məhsulunu "həzm" etmək isə böyük əksəriyyət üçün artıq mümkünsüzə çevrilib. Əksəriyyət sosial şəbəkələrdə yüngül və qısa xəbər lentləri axtarır. "Şəbnəmin ikinci kişi ilə də biabırçı şəkli tapıldı", " Aygün görün kimə ərə getdi?", "Filankəs sok xəbərdən soka düşdü" "Eşitdiyinizə inamayacaqsınız- sok, sok, sok...""Azərbaycanlı muqənni canlı efirdə biabır oldu", "Azərbaycanda böyük biabırçılıq???", "Azərbaycanlı muğənni bir milyon muqabilində.... sok-sok-sok", "son dəqiqə, təcili..." bu siyahını sonsuza qədər uzatmaq olar (Ötən gün də saytlardan sosial şəbəkələrə axın edən bu xəbərlər gündəmi məşğul edən əsas informasiyaya çevrildi).

 Bu xəbər başlıqlarını oxuyanda rəhmətlik Əziz Nesinin Bakıda olarkən bizim ziyalılara tutduğu haqlı irad yadıma düşür. Satirik yazar demişdi ki, siz bir-biriniz haqqında dahi, dəyərli, görkəmli, əvəzolunmaz sözlərini belə tez-tez, yeri gəldi-gəlmədi işlədirsiniz, bəs onda Nizami, Fizuli kimi həqiqi dahilər üçün nə deyirsiniz?

İndi də başlıqlarda "dəhşətli", "sok", "inanılmaz", "qorxunc" ifadələrdən (oxucu cəlb etmək üçün) o qədər gen-bol istifadə edilir ki, elə güman edirsən ki, bizim bu müxbirciklər ya UNO ələ keçiriblər, ya da yadplanetlidən müsahibə göturublər. Bəs siz həqiqətən dəhşətli, sokedici hadisələr baş verəndə başlıqqa nə yazacaqsınız? Düşünmürsünüz ki, bu sərlövhəni oxuyan adamlar "yəqin kimsə ərə gedib, ya da səhnədə paltarı çırılıb" deyə fikirləşərək artıq yazını açıb oxumaq fikrindən vaz keçərlər? Yəni "yalançının evi yandı, hec kim inanmadı" hadisəsinin başınıza gələcəyindən narahat olmursunuz?

 Bütün bunların səbəbi isə pulla təhsil alıb savadsız kadr kimi kiminsə yerini zəbt etməkdən qaynaqlanır. Mütaliə səviyyəsi sıfır, normal sual vermək imkanı bərbad, hadisələrə öz yanaşması olmayan, müsahibinin kimliyindən və ya yaradıcılğıından xəbərsiz olan bu "jurnalist"lər millətin zövqünü, səviyyəsini aşağı salmaq uğrunda sanki bir-biri ilə yarışa giriblər. Məqsəd isə aydındır, insanların fikrini sosial problemlərdən yayındırmaq. Necə deyərlər, " qarşındakının səviyyəsinə yüksələ bilmirsənsə, onu öz səviyyənə endir" məsəlinə əməl edən belə "qələm" sahibləri mənim nəzərimdə düşmənə satılan xəyanətkarlardan daha qorxuludur. Birincilər ölkəni , ikincilər isə onun gələcəyini satırlar.

Görəsən onların qarşısını alan tapılmayacaqmı?




Ana səhifəyə qayıt        Baxış: 90          Tarix: 6-09-2019, 22:52      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent