Xəbər lenti
21-09-2019, 20:33

 

Yeni dərs ilinin başlanması ilə əlaqədar DİN Baş Dövlət Yol Polisi İdarəsi Sumqayıtdan Bakı şəhərinə və əks istiqamətdə sərnişin daşıma fəaliyyəti ilə məşğul olan sürücülərə müraciət edib.

"Report"un xəbərinə görə, müraciətdə sürücülərin nəzərinə çatdırılıb ki, bu marşrut üzrə hərəkət edən avtobus və mikroavtobusların Alatava (Şamaxinka adlanan ərazi), 20 Yanvar və 3-cü mikrorayon dairəsi yaxınlığında saxlayaraq sərnişin düşürüb-mindirilmələrinə icazə verilməyəcək:

"Belə daşımalar yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı əsasında texniki cəhətdən saz vəziyyətdə olan nəqliyyat vasitələri ilə avtovağzaldan avtovağzala, yaxud bu şəhərlərdəki əmək və ya təhsil müəssisələri ilə bağlanmış müqavilə əsasında yerləşdikləri ünvana daşınmaqla servis xidmətləri həyata keçirilə bilər.

Ümid edirik ki, paytaxtda nəqliyyat sıxlığının yaranmaması, digər hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinin təmin olunması üçün sürücülərimiz müraciətimizə düşünülmüş şəkildə yanaşacaq, insanların həyat və sağlamlığı üçün təhlükə yaratmayacaqlar".




Ana səhifəyə qayıt        Baxış: 23          Tarix: 12-09-2019, 17:11      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent