Xəbər lenti

 

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi olub.

"Report" xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

Belə ki, 31 yaşlı Əmiraslanova Sevil Vidadi qızı həyat yoldaşı tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. 

Ona döş qəfəsinin sol qabırğasının kəsilmiş deşilmiş yarası diaqnozu qoyulub və dərhal əməliyyat olunub. Faktla bağlı araşdırma aparılır. 




Ana səhifəyə qayıt        Baxış: 363          Tarix: 17-09-2019, 09:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma