Xəbər lenti

 

Dünyada dayanmadan artan xəstəliklərdən biri də şəkər xəstəliyidir. Azərbaycanda da bir çox insan bu xəstəlikdən əziyyət çəkir. Onların arasında məşhurlar da az deyil. Uzun illərdir şəkər xəstəliyindən əziyyət çəkən Xalq artisti, kinoaktrisa Səidə Quliyeva Medcina.az-a açıqlamasında özünü necə formada saxladığından bəhs edib.
 
"Ümumiyyətlə, hər bir insanın öz sağlamlıq resepti olmalıdır. Hər zaman çox yeməkdən, zərərli qidalardan uzaq olmağa çalışmışam. 17 ildir şəkər xəstəsi olduğum üçün bu diqqəti iki qat artırmışam. Qida rasionuma xüsusi fikir verirəm. Əgər şəkərli qidalar mənə ziyandırsa, həyatı boyu dilimə vurmaram. Pəhrizim yüksək dərəcədədir. Hər bir insana da tövsiyəm odur ki, hər şeyi yeməkdən, harada gəldi yeməkdən uzaq dursunlar. Nəfslərinə qalib gəlməyi bacarsınlar. Çünki nəfsə qalib gəlmək insanın özünə qalib gəlməsidir. Bitki çaylarına üstünlük verirəm. Ətrafımdakı insanlara da uzun illər istifadə edib faydasını gördüyüm ənənəvi bitki çaylarını məsləhət görürəm. Çünki hər zaman inanmışam ki, ən yaxşı təbib təbiətdir” .
 Xəstəliyinə rəğmən təravətini qoruyub saxlamağı bacaran 62 yaşlı xalq artisti bunun səbəbini nikbin insan olması ilə əlaqələndirir:
 
"Mənim təravətli qalmağım da ruh yüksəkliyimlə əlaqəlidir. Yaşadığım ən bədbəxt situasiya da belə bir nikbin yol tapıb, o vəziyyətdən özümü çıxarmağı bacarıram. Bu, mənim həyət devizimdir. Yaponların bir gözəl sözü var, "keçmiş keçdi, bu günlə yaşamaq lazımdır”. Mən bu günlə yaşamağa çalışıram”.



Ana səhifəyə qayıt        Baxış: 51          Tarix: 17-09-2019, 19:18      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent