Xəbər lenti

 

Son illərdə Bakının “sərnişindaşıma qovşağı”na çevrilmiş 20 Yanvar metrostansiyasının yaxınlığındakı ərazidən şəhərətrafı qəsəbələrə işləyən “1 manatlıq” taksilərin fəaliyyəti məhdudlaşdırılır.

Müşahidələrə əsasən, Dövlət Yol Polisinin (DYP) əməkdaşları qeyd olunan ərazidə reydləri gücləndirərək, dayanacaqların ətrafında xaotik vəziyyətə səbəb olan “1 manatlıq” taksilərin “ayağını” demək olar, kəsib.

Bununla belə, həmin taksilərin fəaliyyəti yollarda sıxlıq və bəzən isə tıxac yaratsa da, Bakıətrafı qəsəbələrin sakinləri arasında onlara tələbat böyükdür. Başqa sözlə, ictimai nəqliyyatda əsəb və vaxt itkisi ilə üzləşmək istəməyənlər məhz həmin taksilərin xidmətindən yararlanırlar.

Ovqat.com bildirir ki, yenicag.az məsələnin aktuallığını nəzərə alaraq, “1 manatlıq” taksilərlə bağlı vəziyyəti Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov və nəqliyyat eksperti Elməddin Muradlı ilə müzakirə edib.

Həmin videomaterialı təqdim edirik:




Ana səhifəyə qayıt        Baxış: 32          Tarix: 17-09-2019, 19:32      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent