Xəbər lenti

Vergi Məcəlləsinin 156-cı maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti göstərən şəxs vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında könüllü ərizə verə bilər. Vergi ödəyicisinin ƏDV qeydiyyatı Məcəllənin 157.3.3-cü maddəsinə əsasən keçmiş 3 ildən artıq olmayan tarixdən aparıldıqda vergi ödəyicisi qeydiyyatın qüvvəyə mindiyi tarixdən vergiyə cəlb olunan əməliyyatlar üzrə ƏDV ödəməlidir və əldə etdiyi elektron vergi hesab-fakturaları üzrə ƏDV məbləğlərini vergi ödəyiciləri üçün müəyyən olunmuş qaydada əvəzləşdirmək hüququna malikdir.

Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Müvafiq əməliyyatlar vergi ödəyicisi tərəfindən verilən birinci bəyannamədə əks etdirilməlidir. Bütün bu əməliyyatlar bəyannamənin verildiyi ay ərzində baş vermiş əməliyyatlar sayılır.

Fərz edək ki, sadələşdirilmiş vergi ödəyicisi olan “A” MMC-nin 2018-ci il ərzində 100.000 manat məbləğində dövriyyəsi olmuşdur. Vergi ödəyicisi həmin 100.000 manat dövriyyəsini 4% dərəcəsi ilə sadələşdirilmiş vergiyə cəlb etmiş və dövlət büdcəsinə 4000 manat sadələşdirilmiş vergi ödəmişdir. 10 yanvar 2019-cu il tarixində vergi ödəyicisi Vergi Məcəlləsinin 157.3.3-cü maddəsinə əsasən 1 yanvar 2018-ci il tarixdən ƏDV qeydiyyatına alınmaq üçün müraciət edir. Bu halda 2018-ci il ərzində sadələşdirilmiş vergiyə cəlb edilmiş 100.000 manat dövriyyə ƏDV-yə cəlb ediləcəkdir. Lakin burada diqqət çəkilməli məqam ondan ibarətdir ki, büdcəyə ödənilən ƏDV 100.000 manat dövriyyəyə əlavə olaraq hesablanmayacaq, 100.000 manat dövriyyənin tərkibindən çıxarılaraq hesablanacaq. Yəni büdcəyə çatası ƏDV məbləği 18.000 manat (100.000x18%=18.000) deyil, 15.254,24 manat (100.000/1.18x18%) manat olacaqdır. Həmçinin vergi ödəyicisi 2018-ci il ərzində aldığı elektron vergi hesab fakturalarını əvəzləşdirə bilər. Lakin bunun üçün mütləq vergi ödəyicisi sadələşdirilmiş vergi ödəyicisi olduğu vaxtda əldə etdiyi elektron vergi hesab fakturaları üzrə ödənişləri Vergi Məcəlləsinin 175-ci maddəsində tələb edilən qaydada nağdsız qaydada ödəməlidir. Yəni əsas məbləği öz bank hesabından elektron vergi hesab fakturanı təqdim edən şəxsin bank hesabına, ƏDV məbləğini isə öz bank hesabından qarşı tərəfin ƏDV depozit hesabına ödəməlidir.

Əgər vergi ödəyicisi sadələşdirilmiş vergi ödəyicisi olduğu dövr ərzində əldə etdiyi elektron vergi hesab fakturaları ödənişlərini nağd qaydada edərsə və ya ƏDV məbləğini qarşı tərəfin ƏDV depozit hesabına deyil, bank hesabına əsas məbləğ ilə birlikdə köçürərsə, bu zaman vergi ödəyicisi elektron vergi hesab fakturaları üzrə ƏDV məbləğlərini əvəzləşdirə bilməz. Misalın davamı olaraq qeyd edək ki, vergi ödəyicisi sadələşdirilmiş vergi ödəyicisi olduğu dövr ərzində, yəni 2018-ci il ərzində 59.000 manat məbləğində (o cümlədən 9000 manat ƏDV) elektron vergi hesab fakturası üzrə mal almışdır. 23.600 manat dəyərində (o cümlədən 3600 manat ƏDV) aldığı malların ödənişini tam olaraq ƏDV daxil qarşı tərəfə nağd qaydada ödəmiş, 35.400 manat məbləğində (o cümlədən 5400 manat ƏDV) olan malların dəyərinin 30.000 manat əsas məbləği öz bank hesabından qarşı tərəfin bank hesabına, 5.400 manat ƏDV məbləğini isə öz bank hesabından qarşı tərəfin ƏDV depozit hesabına ödəmişdir. Belə olan halda vergi ödəyicisinin yalnız 5.400 manat məbləğində ƏDV məbləğini əvəzləşdirmək hüququ olacaqdır. Nəzərə alsaq ki, vergi ödəyicisi 2019-cu ilin yanvar ayında könüllü qaydada ƏDV qeydiyyatın alınmaq üçün ərizə ilə müraciət edir, belə olan təqdirdə vergi ödəyicisi 20.02.2019-cu il tarixindən gec olmayaraq 2019-cu ilin yanvar ayı üçün ƏDV bəyannaməsi təqdim edir. Bəyannamədə vergi tutulan dövriyyə kimi 84.745,76 manat qeyd edir və hesablanan ƏDV 15.254,24 manat təşkil edir. Nəzərə alsaq ki, vergi ödəyicisinin 5400 manat ƏDV məbləğini əvəzləşdirmək hüququ da var, o zaman ödəyicinin yanvar ayında büdcəyə 9854,24 manat məbləğində (15.254,24-5400=9854,24) ƏDV öhdəliyi yaranır. Həmçinin vergi ödəyicisi 2018-ci il üçün dəqiqləşdirilmiş sadələşdirilmiş vergi bəyannamələrini boş hesabat olaraq təqdim edir. Nəzərə alsaq ki, vergi ödəyicisi 2018-ci il ərzində 4000 manat məbləğində sadələşdirilmiş vergini büdcəyə ödəmişdir, o zaman həmin ödənilmiş vergi məbləği də yanvar ayında büdcəyə ödənilməli 9854,24 manat ƏDV məbləğindən çıxılacaqdır. Nəticədə vergi ödəyicisinin 5854,24 manat (9854,24-4000) məbləğində büdcəyə ƏDV borcu olacaqdır.

Burada daha bir maraqlı məqam ondan ibarətdir ki, ƏDV ödəyicisi kimi qeydiyyatdan keçən şəxslər də Vergi Məcəlləsinin 157.3.3-cü maddəsinə əsasən keçmiş 3 il tarixə könüllü qaydada ƏDV qeydiyyatına alınmaq üçün ərizə verə bilərlər. Məsələn, 2017-ci il tarixində sadələşdirilmiş vergi ödəyicisi olan şəxs 01 yanvar 2018-ci il tarixində könüllü ƏDV qeydiyyatına alınmaq üçün ərizə ilə müraciət edir və 1 yanvar 2018-ci il tarixindən ƏDV qeydiyyatına alınır. Lakin 2019-cu ilin fevral ayında vergi ödəyicisi qərar verir ki, daha əvvəlki – keçmiş tarixə, məsələn, 1 yanvar 2017-ci il tarixdən ƏDV qeydiyyatına alınmaq istəyir. Bu zaman Məcəllənin 157.3.3-cü maddəsinə əsasən 1 yanvar 2017-ci il tarixdən ƏDV qeydiyyatına alınmaq barədə könüllü qaydada ərizə ilə müraciət edir. Vergi ödəyicisinin 1 yanvar 2018-ci il tarixdən ƏDV ödəyicisi olmasına baxmayaraq, nəzərdən keçirdiyimiz halda həmin vergi ödəyicisi 1 yanvar 2017-ci il tarixdən könüllü olaraq ƏDV qeydiyyatına alınmaq üçün ərizə ilə müraciət edə bilər.

Fəxriyyə İkramqızı
Mənbə: Vergiler.az

"Əmək münasibətləri", "Sosial sığorta öhdəlikləri", "Xidmət sektorunda vergi uçotu", "Gəlirdən çıxılan xərclər","Nağdsız hesablaşmalar", "Elektron qaimə-faktura", "Pərakəndə və topdansatış, istehsal və ictimai iaşə müəssisələrində vergi uçotu",  "Əlavə dəyər vergisi" ,"Sadələşdirilmiş vergi" və s. bölmələrin də olduğu 

“Vergi uçotu: A-dan Z-yə” kitabı ARTIQ SATIŞDA

768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk) 

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Vergi incə sənətdir,  sənətkar olmağa az qaldı.\\msk.az

Ana səhifəyə qayıt        Baxış: 30          Tarix: 17-09-2019, 23:39      

Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent