Xəbər lenti

 

Tarixdə bu gün 21 sentyabr Sülh günü kimi qeyd edilir.
Sülh günü ilk dəfə 1981-ci ildə BMT tərəfindən təsis edilib və elə həmin ildən də sentyabrın hər üçüncü çərşənbə axşamı qeyd edilib. 2001-ci ildə Birləşmiş Krallıq tərəfindən təklif edilən qətnaməyə əsasən məhz sentyabr ayının 21-i Sülh günü, ümumdünya atəşkəs günü kimi təqdim olunur.
Ovqat.com bildirir ki, Biləsuvar rayonunda Biləsuvar Gənclərin İnkişaf və Kareyra Mərkəzinin təşəbbüsü ilə Beynəlxalq sülh günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Biləsuvar YAP Gənclər Birliyinin sədri Aqşin Bağırov, Biləsuvar Yeniyetmə və Gəncləri ictimai birliyinin sədri Sahil Hüseynzadə, Biləsuvar Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Səbinə Hüseynzadə və Biləsuvar rayonunun gəncləri iştirak etmişlər. Biləsuvar Gənclərin İnkişaf və Kareyera Mərkəzinin könülülləri göyərçinlərlə bəzədilmiş şarları uşaqlara paylayıb. Daha sonra gənclərlə birgə sülh rəmzi olan rəngli boyalarla əl izlərini tabloya qoydular. Sonda isə sülh göyərçini havaya buraxıldı.

Mövzuya dair fotomateriallar:

 

 

 

 

 

 

 




Ana səhifəyə qayıt        Baxış: 421          Tarix: 21-09-2019, 20:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma