Xəbər lenti

 

"Azərbaycanın milli statistikası göstərir ki, ingilis dili müəllimlərinin dörddə bir hissəsinin ali təhsili yoxdur. Hətta ali təhsili olan müəllimlər belə dərs dedikləri fənn üzrə çox az kompetensiyalara malikdirlər".
Modern.az-ın məlumatına görə, bunu Kolumbiya Universitetinin müəllimi, professor Amra Sabic-El-Rayess Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA: International Association for Educational Assesment) "Qiymətləndirmə və qərarvermə: fərdi institusional həll yolları" mövzusunda 45-ci illik beynəlxalq konfransın (IAEA 2019) iştirakçılarına müraciətində deyib.
Onun sözlərinə görə, təhsil sektorunda da xarici dilin öyrədilməsinə xüsusi diqqət yönəldilməlidir:
"Azərbaycanın üzləşdiyi digər və bəlkə də ən mühüm məsələ odur ki, universitetlər yalnız tədris mərkəzləridir, araşdırma mərkəzləri deyil. Universitetlərin tədqiqat institutlarına çevrilməsi təhsildə daha böyük struktur və mədəni keçidi tələb edəcək. Müsbət dəyişiklik üçün çox zaman güclü siyasi iradə lazım gəlir. Hökumətin resurs öhdəliyi və onun faktlara və tədqiqata əsaslanan yeni təcrübələr və siyasət ortaya qoyması qətiyyəti ölçülə bilən nəticələr verə bilər".
Professor əlavə edib ki, Azərbaycan təhsilin testlə yoxlanılması sahəsində nəzərəçarpan addımlar atıb və digər ölkələr bundan nümunə götürə bilər:
"Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs kimi Azərbaycanda təhsil sahəsində standartlaşdırılmış test imtahanlarının keçirilməsinə məsuliyyət daşıyır və təhsildə hərəkətliliyə ictimai inamın yenidən qurulmasında aparıcı rol oynayıb. Azərbaycana gələndə verdiyim ilk sual DİM-in bunu necə etməsi olmuşdu. Cavab isə belə idi: DİM subyektiv təsiri minimuma endirmək üçün texnologiyanın tətbiqindən geniş istifadə edir. Azərbaycan test imtahanı təcrübəsində şəffaflığın inkişaf etdirilməsində nəzərəçarpacaq dərəcədə uğur əldə etsə də, bu uğurun təhsilin digər sahələrinə qədər genişləndirilməsi əsas məsələ olaraq qalır. Azərbaycan bu müstəvidə informasiya texnologiyaları, mühəndislik, dayanıqlılıq, kənd təsərrüfatı və turizm bölmələri üzrə stimullaşdırıcı və çoxşaxəli müxtəlif yeni alt-ixtisaslar təqdim etməklə 2008-ci ilin qlobal iqtisadi böhranına cavab verib".
Amra Sabic-El-Rayess deyib ki, Azərbaycan əsas diqqəti təhsilin keyfiyyətinin və bütün səviyyələrdə müəllimlərin kompetensiyalarının inkişaf etdirilməsi üzərinə cəmləşdirməlidir. Hazırda qəbul imtahanlarında ilk sıralarda yer alanların üçdə biri özəl məktəbləri bitirənlərdir:
"Bu, onu göstərir ki, dövlət təhsilində təkmilləşməyə hələ də ehtiyac var. Ümumiyyətlə, məktəb şagirdləri təcrübi və analitik bacarıqlar tələb edən açıq tipli test suallarında aşağı nəticə göstərir. 1-5 yaş arası uşaqların isə üçdə bir hissəsindən azı məktəbəqədər təhsilə cəlb olunur. Təəssüf ki, həmin uşaqlarda da məktəbəqədər təhsilin müsbət, uzunmuddətli və artan təsirləri görünmür. Lakin aparılmış hərtərəfli tədqiqat göstərir ki, məktəbəqədər təhsil bunu etməyə qadirdir".



Ana səhifəyə qayıt        Baxış: 39          Tarix: 23-09-2019, 17:07      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent