Xəbər lenti

 

Ovqat.com-un məlumatına görə, 21 sentyabr 2019-ci il tarixində saat 10.30-da “ULDUZ” İnformasiya – Kommunikasiya Texnologiyaları Sahəsində Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “İnternetin zərərli vərdişlərindən gənclərin qorunması məqsədilə veb resursun yaradılması” layihəsi çərçivəsində yaranmış safeonline.az saytının ictimaiyyətə təqdimetmə mərasimi keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Samir Həsənov əvvəlcə qonaqları salamlamış və bu vacib layihənin həyata keçməsində yardımı olan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təşəkkürünü bildirmişdir. Layihə haqqında qısa məlumat verdikdən sonra söz layihə rəhbərinin köməkçisi Yusif Süleymanlıya verilmişdir.

Yusif Süleymanlı tədbir iştirakçılarını saytın bölmələri ilə tanış etmiş və eləcədə internetdə olan zərərli informasiyalardan qorunma üsulları barədə geniş danışmış, informasiya təhlükəsizliyi haqqında qonaqlara məlumat vermişdir.

Tədbir vaxtı iştirakçıların sualları yerindəcə cavablandırılmışdır və onların böyük marağına səbəb olmuşdur.




Ana səhifəyə qayıt        Baxış: 53          Tarix: 23-09-2019, 19:17      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent