Xəbər lenti

 

Ağdam sakini Bakıda itkin düşüb.

Oxu.Az xəbər verir ki, paytaxtın Nəsimi rayonunda Muradov Mahir Çərkəz oğlu əlil arabası ilə birlikdə yoxa çıxıb.

Polisə müraciət edən Məmmədov Kəramət Bəyzadə oğlu dayısı M.Muradovu Alı Mustafayev küçəsi 10 ünvanının yan tərəfində əlil arabasında saxlayaraq ondan ayrılıb. Təxminən 20-25 dəqiqə sonra həmin yerə qayıdan K.Məmmədov M.Muradovu orada görməyib.

Fakt araşdırılır.




Ana səhifəyə qayıt        Baxış: 308          Tarix: 5-10-2019, 11:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma