Xəbər lenti

 

Qəbələ ölümlə nəticələnən yol qəzası baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, oktyabrın 4-də Qəbələ rayonunun Zərgərli kəndi ərazisində Uludaş kənd sakini A.Sədullayevin idarə etdiyi “Ford” və Oğuz rayon sakini F.Məmmədovun idarə etdiyi “QAZ-3110” markalı avtomobillər toqquşub.

Nəticədə F.Məmmədovun həmyerlisi olan 2 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Ziyafət Məmmədova orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 217          Tarix: 5-10-2019, 12:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma