Xəbər lenti

 

Bakıda ata ögey oğluna işgəncələr verib.

“Report”un xəbərinə görə, hadisə Nizami rayonu, R.Rüstəmov küçəsindəki evlərdən birində qeydə alınıb.

Belə ki, 28 yaşlı qadın polisə şikayət edərək qeyri-rəsmi nikahda yaşadığı həyat yoldaşı, 26 yaşlı Rüstəm Bayramovun onun 10 yaşlı oğlu H.İ.-ni mütəmadi olaraq döydüyünü bildirib.

Qadın şikayətində qeyd edib ki, R.Bayramov oğlunun bədəninə buz sürtərək çılpaq vəziyyətdə hamam otağında qaranlıq vəziyyətdə saxlayır.

Faktla bağlı araşdırma aparılır.

 




Ana səhifəyə qayıt        Baxış: 359          Tarix: 7-10-2019, 12:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma