Xəbər lenti

 

Səhiyyə Nazirliyi “Binə” ticarət mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən "Report"a verilən məlumata görə, ticarət mərkəzində yanğının baş verməsi barədə məlumat Təcili Tibbi Yardıma saat 1:10-da daxil olub:

"Hadisə yerinə gələn təcili tibbi yardım briqadasının həkimlərinə tüstüdən boğulma ehtimalı ilə 4 kişi müraciət edib. Onlardan üçünə yerində yardım göstərilib, bir nəfər isə KTM-in toksikologiya şöbəsinə çatdırılıb".




Ana səhifəyə qayıt        Baxış: 348          Tarix: 8-10-2019, 09:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma