Xəbər lenti

 

Azərbaycanda 4 balıqçı itkin düşüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən "Report"a bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, oktyabrın 8-də gecə saatlarında, Bakı şəhərinin Pirallahı rayonundan, balıq tutmaq məqsədi ilə 4 balıqçı dənizə çıxıb və təyin olunan vaxtda geri qayıtmayıblar.

Axtarışlara FHN-in Aviasiya Dəstəsinin bir helikopteri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Əlavə məlumat veriləcək.




Ana səhifəyə qayıt        Baxış: 288          Tarix: 8-10-2019, 16:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma