Xəbər lenti

 

Çörəyin hansı şəraitdə, harada, təmiz və yaxud natəmiz yerdə istehsal olunması insanları, alıcıları nə qədər maraqlandırırsa, onun hansı şəraitdə, hansı avtomobillərlə marketlərə daşınması da bir o qədər maraqlandırır.

Mövzu ilə əlaqədar qida mühəndisi İsa Əliyev ARB TV-ə bildirib ki, qida məhsullarında xüsusən çörək məhsullarında və un məmulatlarında antisanitar vəziyyət həddindən artıq çoxdur:

“Un məmulatları, istər çörək məmulatları həm daşıyarkən, həm də satışda olarkən bir çox gigiyenik qaydalara riayət olunmalıdır”.

İllərdir bu məsələ problem olsa da, həll olunmamış qalır. Xüsusən mərkəzdən uzaq məhəllədaxili marketlərə çörək gigiyenik tələblərə cavab verməyən minik avtomobillərində daşınır. Mütəxəssislər belə avtomobillərdən çörək alan market sahibinin də inzibati məsuliyyətə cəlb olunmasının vacib olduğunu deyir.

AİB-nin sədri Eyyub Hüseynov qeyd edib:  “Məşhur bir söz var, zəncirin gücü onun bir dənə həlqəsindədir. Bir həlqədə zəif oldu, artıq o zəncir yoxdur. Qida məhsulu da belədir, yəni qida zəncirində istehlakçının masasına gələnə kimi o risk nöqtələrindən keçir. O bir yerdə çirklənə bilər. Belə çirklənmə yerlərindən, risk nöqtələrindən biri də daşınma nöqtəsidir”.

Qaydalara əsasən çörək gigiyenik pasportu olan avtomobillərdə daşınmalıdır. Həmin pasport isə yalnız içərisində lazımi şərait yaradılmış avtomobillər üçün verilir.

AQTİ-nin əməkdaşı Cavidan Quliyev də vurğulayıb ki, çörəkləri daşıyarkən maşınların içində xüsusi rəflər olmalıdır:

“Gigiyena baxımından təmizlik mütləq şəkildə önəmlidir. Bu rəflərə çorəklər şaquli şəkildə yerləşdirilməlidir. Çörəklər daşınan maşında başqa qida məhsulunun daşınması mütləq şəkildə yolverilməz haldır. Çörəklər mağazalara daşınarkən, istər satışı həyata keçirən mütəxəssislər, istərsə də ki, çörəyi daşımasını həyata keçirən ekspeditellərin fərdi mühafizə geyimlərindən istifadə etməsi önəmlidir”.

Qeyd edək ki, yükdaşıma qaydalarının pozulmasına görə cərimə 40, sanitar-gigiyena qaydalarını pozmağa görə 50-100 manatdır. Eyni əmələ görə, vəzifəli şəxslər 100-200, hüquqi şəxslər daha çox 200-400 manat cərimə ödəmək məcburiyyətində qala bilər. \\yenicag.az




Ana səhifəyə qayıt        Baxış: 375          Tarix: 10-10-2019, 21:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma