Xəbər lenti

 

Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsində "BakuBus" şirkətinə məxsus 6 saylı avtobusun iştirakı ilə qəza baş verib.

"Report"un məlumatına görə, hadisə zamanı avtobus eyni istiqamətdə hərəkət edən taksi ilə toqquşub.

Qəza ilə əlaqədar Bakı Tennis Akademiyasının qarşısında tıxac yaranıb.

Sürücülər isə bir-birilərini günahlandıraraq hadisə yerinə polis və sığorta işçilərinin gəlişini gözləyiblər.




Ana səhifəyə qayıt        Baxış: 294          Tarix: 15-10-2019, 18:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma