Xəbər lenti

 

Naftalanda piyadanı vurub qaçan sürücü saxlanılıb.

Bu barədə Modern.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, oktyabrın 15-də saat 21 radələrində Naftalan şəhərinin ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən şəhər sakini F.Əsgərov vurulub.

Nəticədə piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Naftalan ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-2107” markalı avtomobilin sürücüsü, Goranboy rayon sakini Z.Abdullayev saxlanılıb.

Naftalan ŞPŞ tərəfindən araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 231          Tarix: 16-10-2019, 14:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma