Xəbər lenti

 

Dünyaya göz açar-açmaz tənha qaldı. Valideyn biganəliyi körpənin xoşbəxtliyini əlindən aldı.

Ovqat.com-un məlumatına görə, ötən gün Bakıda küçədə yeni doğulmuş uşaq tapılıb. Uşaq, paytaxtın Nizami rayonu Qara Qarayev prospekti 4 ünvanında aşkarlanıb. Tapılan qız uşağı Nəsimi rayonunda yerləşən 1 saylı körpələr evinə təhvil verilib. Uşağın özünü narahat hiss etdiyini görən tərbiyəçilər onu elə həmin gün Əbülfəz Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanasına aparıblar. Həkimlər uşağın göbəyindən, onun dördgünlük olduğunu müəyyən ediblər.

2 kq çəkisi olan uşağa Şəlalə Əliyeva adı verilib. Həkimlərin ilkin müayinəsi uşağın Daun sindromlu doğulduğunu ortaya çıxarıb. Uşaqda Daun hamiləlik müddətində məlum olduğundan onun, küçəyə bu sindrom səbəbindən atıldığı ehtimal edilir. Ərazi üzrə 25-ci polis bölməsindən "Xəzər Xəbər"ə bildirdilər ki, uşağın küçəyə atılma səbəbi hazırda araşdırılır. /Xezerxeber.az/




Ana səhifəyə qayıt        Baxış: 812          Tarix: 23-08-2017, 19:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma