Xəbər lenti

 

Dənizdə çimərkən batmaq təhlükəsində olan 2 nəfər xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən Ovqat.com-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonunda 2 nəfərin dənizdə çimərkən batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıblar.

Əməliyyat saat 14:29-da başa çatıb.




Ana səhifəyə qayıt        Baxış: 664          Tarix: 26-08-2017, 18:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma