Xəbər lenti

Akif Çovdarovun vəkili çıxış üçün bir ay vaxt istədi

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Publika.az xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən Orxan Osmanovun vəkili müdafiə çıxışı edib.

Orxan Osmanovun müdafiəçisi müvəkkilinin günahsız olduğunu deyib. Vəkil təqsirləndirilən şəxsin barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Akif Çovdarov və Səlim Məmmədovun vəkilləri çıxış üçün məhkəmədən 3 həftə vaxt istəyib. Məhkəmə vəkillərin bu istəyini qəbul etməyib və onlara cəmi bir həftə vaxt verib.

Növbəti proses sentyabrın 6-da davam edəcək.

Qeyd edək ki, prokuror Akif Çovdarun 15 il, Səlim Məmmədovun 12 il, Orxan Osmanovun və Akif Əliyevin hər birinin isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.




Ana səhifəyə qayıt        Baxış: 1 082          Tarix: 30-08-2017, 16:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma