Xəbər lenti

13 sentyabr son 108 ilin ən isti GÜNÜ OLACAQ

Bu ayın növbəti çərşənbə günü - 13 sentyabrda Moskvada rekord istilər qeydə alınacaq.

Publika.az bu ölkənin mətbuatına istinadən xəbər verir ki, meteoroloqlar bununla bağlı proqnoz açıqlayıblar.

Həmin gün temperatur 28 dərəcəyə yüksələ bilər ki, bu da sentyabr ayında Moskva üçün anomaliyadır. Çünki sonuncu dəfə 1909-cu ildə sentyabr ayının 13-də belə isti qeydə alınmışdı. Həmin gün temperatur 27.4 dərəcəyə yüksəlmişdi.

Moskvaya isti hava dalğası bu həftə sonundan daxil olacaq. Sentyabrın 9-da temperaturun 20 dərəcəyə yüksələcəyi, bazar günü 24 dərəcə olacağı gözlənilir.




Ana səhifəyə qayıt        Baxış: 763          Tarix: 8-09-2017, 16:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma