Xəbər lenti

 Bakıda 3 qadını avtomobil vurub.

"Report" xəbər verir ki, piyada vurulması ilə nəticələnən hadisələr Nizami, Sabunçu, Xəzər rayonlarında qeydə alınıb.

Belə ki, Nizami rayonu ərazisində, metronun "Koroğlu" stansiyasının yaxınlığında yolu keçən Ələkbərova Ərkinaz Nağı qızını "Opel" markalı avtomobil vurub. Hadisəni törədən sürücü yaralını xəstəxanaya yerləşdirib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Digər hadisə isə Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində qeydə alınıb.

Xəlilova Sevda Ağabəy qızı qəsəbə ərazisində yolu keçmək istəyərkən onu minik avtomobili vurub. Qadın xəstəxanaya yerləşdirilib.

Piyadanın xəsarət alması ilə nəticələnən daha bir hadisə isə Xəzər rayonunun Mərdəkan qəsəbəsində qeydə alınıb. 1964-cü il təvəllüdlü Abdullayeva Mülayim Əsgər qızı yolu keçərkən onu minik maşını vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Hər üç faktla bağlı araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 1 000          Tarix: 13-09-2017, 08:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma