Xəbər lenti

Dövlət İmtahan Mərkəzində (DİM) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” adlı Tvinninq layihəsi (AZ/15/ENP/OT/40) çərçivəsində növbəti tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbirdə DİM-in Direktorlar Şurasının sədrinin müavini Bəhram Xəlilov açılış nitqi ilə çıxış edib.

O bildirib ki, pilot layihə uğurla tamamlanıb və arzuolunan nəticələr əldə edilib: "Pilot layihənin nəticəsi olaraq dövlət qulluğu haqqında qanunvericiliyə müvafiq dəyişikliklərin layihəsi işlənib hazırlanıb".

Görüşdə, həmçinin litvalı ekspertlər və pilot qurumların nümayəndələri tərəfindən pilot layihənin yekunlarına dair təqdimatlar edilib, qeyd edilən pilot orqanların nümayəndələri pilot layihənin həyata keçirilməsi zamanı qarşılaşdıqları çətinliklər barədə iştirakçılara ümumi məlumat verib.

Sonda tədbir iştirakçılarının layihə ilə bağlı sualları cavablandırılıb və müzakirələr aparılıb.

 




Ana səhifəyə qayıt        Baxış: 751          Tarix: 14-09-2017, 15:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma