Xəbər lenti

 

Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovun səhhətində problemlər yaranıb. 
Ovqat.com
 xəbər verir ki, bu barədə polis polkovnikinin oğlu Malik Əsədov ölkə.az-a məlumat verib.

Onun sözlərinə görə, V.Əsədov iki gün bundan əvvəl məzuniyyətə çıxaraq ölkəni tərk edib. "Atam məzuniyyətə çıxıb. Səhhətində problemlər olduğu üçün Rusiyanın paytaxtı Moskva şəhərinə müalicəyə gedib. Bu gün səhər qardaşım onunla danışdı. Şükürlər olsun ki, hər şey qaydasındadır. Hazırda analizlərini verir", - bildirib. M.Əsədov əlavə edib ki, atası profilaktik olaraq müalicə kursu keçir: "Analizlərin cavablarına uyğun olaraq. Həkimlərə müalicə təyin edəcəklər. 

Sentyabrın 18-də isə o, yenidən işinin başına qayıdacaq". Qeyd edək ki, bu ilin aprel ayında da V.Əsədovun səhhətində problemlər yaranmışdı. O, bir müddət xəstəxanada müalicə almalı olub. Özü isə bununla bağlı açıqlama verərkən bildirmişdi ki, səhhətində ciddi problem yoxdur: "Əslində, ciddi bir şey yoxdur. Hamı kimi mənim də arada tibbi müayinəyə ehtiyacım var. Heç bir xəstəliyim yoxdur. Sadəcə, həkimlər üzərimdə profilaktik tədbirlər görürlər".

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli isə İstanbula gedib.
Bu barədə məlumatı moderator.az saytı yayıb.
Məlumata görə, Akif Əli səhhətində yaranan problem üzündən Türkiyəyə, İstanbuldakı klinikaların birinə yollanıb.
İş günü olmadığından və Akif Əlinin mobil telefonu bağlı olduğundan xəbəri onun özü ilə  dəqiqləşdirmək mümkün olmayıb.
Qeyd edək ki, Akif Əli bir müddət öncə  dünya şöhrətli alim Lütfi Zadə haqqında dediyi qeyri-etik ifadə səbəbindən qınaqla üzləşib.




Ana səhifəyə qayıt        Baxış: 565          Tarix: 17-09-2017, 22:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma