Xəbər lenti

 Abşeronda avtomobil aşıb, sürücü ölüb.

"Report" xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb.

Belə ki, dostuna məxsus "Opel" markalı avtomobili idarə edən 1991-ci il təvəllüdlü Mehdizadə Fərman Yaşar oğlu idarəetməsində olan nəqliyyat vasitəsini aşırıb. Qəza zamanı zərbə o qədər güclü olub ki, sürücü baş və bədən nahiyələrindən xəsarət alaraq ölüb.

Faktla bağlı əraziyə yol patrul xidmətinin əməkdaşları cəlb edilib.

Araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 810          Tarix: 18-09-2017, 09:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma