Xəbər lenti

İbrahim Frayhat

“Al-Jazeera” (Qətər)

 

İranın ərəb bölgəsində irəliləyiş planları və nüfuzuna qarşı strategiyanı rəhbər tutan Səudiyyə Ərəbistanının vəliəhd-şahzadəsi Məhəmməd ibn Salman (MBS) tabuları pozan bir neçə addım atıb. Bu addımlara onlarla şahzadənin və nazirin həbs olunması və ən azı qismən İsrail ilə münasibətləri normallaşma prosesi daxildir. Lakin Fələstin məsələsinin ədalətli həllinə nail olmadan İsrailin ərəb boykotunun sona çatması naminə görülən konkret tədbirlər həm Fələstin, həm də Səudiyyə Ərəbistanına zərər verəcək.

 

İsrail ordusu Baş Qərargahının rəisi Qadi Ayzenkot noyabrın 16-da Səudiyyə Ərəbistanı xəbər agentliyinə ilk dəfə müsahibə verib və İsrailin İrana dair məlumatları Səudiyyə Ərəbistanı ilə bölüşməyə hazır olduğunu söyləyib. Həm də ilk dəfə olaraq İsrail Səudiyyə Ərəbistanı ilə birgə BMT-nin İnsan Haqları Şurasında Suriyaya qarşı qətnaməyə səs verib. Bundan başqa, İsrailin rabitə naziri Ayub Kara dost şərhlərinə görə Səudiyyə Ərəbistanının Böyük Müftisi Əbdüləziz əl-Şeyxi İsrailə dəvət edib.

Səudiyyə Ərəbistanı İsraillə münasibətləri normallaşdırma naminə atılan addımları "legitimləşdirmək" üçün ötən həftə ABŞ prezidenti Donald Trampın xüsusi məsləhətçisi Cared Kuşner tərəfindən irəli sürülmüş sülh planını qəbul etməyə razı salmaq üçün Fələstin Dövlətinin prezidenti Mahmud Abbası Riyada çağırıb. Səudiyyə-İsrail əməkdaşlığı bu planın ayrılmaz bir hissəsidir. “New York Times” qəzetinin verdiyi məlumata görə, təklif digər normallaşma tədbirlərini də nəzərdə tutur: Səudiyyə Ərəbistanı, Misir, İordaniya və Birləşmiş Ərəb Əmirlikləri ilə "İsrail arasında sərnişin təyyarələrinin uçuşu, iş adamları üçün viza və telekommunikasiya əlaqələri".

Səudiyyə-İsrail normallaşmasının davam etməsi üçün Abbasın əməkdaşlığı vacibdir; bu olmadan, Səudiyyənin davranışı Fələstində ərəb və müsəlman mövqeyinə xəyanət kimi görünəcək. Əslində, çox şey açıqlanmasa da, bəzi xəbərlərdə Riyad səfərində Səudiyyə rəhbərliyinin Abbasın təzyiqlər göstərdiyi və Kuşnerin irəli sürdüyü planı qəbul etməsi və ya istefa verməsi iddia olunur.

Mahmud Abbas naqolay durumdadır, çünki Kuşnerin planı çox yaxın zamanlarda işə salınmalıdır. Fələstin Administrasiyasının (FA) isə Səudiyyə Ərəbistanı və ABŞ-ın maliyyə dəstəyinə ehtiyacı var.

Lakin Kuşnerin müqaviləsi Fələstin milli layihəsinə minimal ədalət belə vermir. Müqavilə Səudiyyə Ərəbistanı boykotunun sona çatması kimi, İsrailə strateji üstünlük təklif edir, fələstinlilərə isə maliyyə dəstəyi, məhbusların azad olunması və böyük məskunlaşma ərazilərindən kənarında inşaların dondurulması kimi taktiki mənfəət gətirir.

Kuşner müqaviləsi 1967-ci ildə işğal edilmiş ərəb torpaqlarından tamamilə geri çəkilməklə İsraillə münasibətlərin tam normallaşmasını təklif edir, yəni Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənən 2002-ci ilin Ərəb Sülh Planını qüvvədən düşürəcək. Abbasa müqaviləni qəbul etməklə təzyiq edərək, Səudiyyə rəhbərliyi öz təşəbbüsünü silib-süpürür, İrana qarşı ittifaq müqabilində İsraillə münasibətləri qismən normallaşdırır.

Bundan əlavə, Səudiyyənin normallaşdırma planı Fələstindaxili barışığı daha da çətinləşdirə bilər. Səudiyyə Ərəbistanının Yaxın Şərqdəki tərəfdaşı – Misir, Qəzzada İranın nüfuzunu sona çatdırmağı hədəfləyərək “HƏMAS”ı idarəçiliyi Fələstin Administrasiyasına təslim etməyə vadar edib.

Əlavə olaraq, Səudiyyə Ərəbistanı Abbasa təzyiqi üçün onun qətiyyətli düşmənini – Məhəmməd Dahlanı eyni vaxtda Riyada dəvət edib. Bu addımın məqsədi “Fəth”daxili "barışıq" məsələsini müzakirə etmək idi. Başqa sözlə, Səudiyyə Ərəbistanı FA prezidenti Kuşnerin müqaviləsini rədd etdiyi halda, Dahlan onu əvəz edəcəkdi.

Qərb Şəriyədəki və Qəzzadakı bəzi şərhçilər Ramallaha qayıtdıqdan sonra Abbasın Dahlan tərəfdarlarına qarşı repressiyasını Səudiyyə təzyiqinə müqavimət kimi təfsir ediblər.

Bir neçə gün sonra FA-ya başqa bir zərbə vurulub. Bazar günü ABŞ administrasiyası Vaşinqtonda Fələstin Azadlıq Təşkilatı (FAT) ofisinin lisenziyasının yenilənməyəcəyini elan edib ki, bu da təsadüf deyil. Əslində bu, Abbasın Səudiyyə-ABŞ təzyiqinə qarşı çıxmaqda davam etdiyinin başqa bir əlaməti sayıla bilər. Bu fərziyyəyə əsasən, “Fəth” Mərkəzi Komitəsinin üzvü və Abbasın namizədlərindən biri olan Məhəmməd Ştayyeh “Əl-Cəzirə”yə deyib: "Fələstinlilərin hesabına regional siyasi layihə mümkün olmayacaq".

Səudiyyə tələbləri Fələstin prezidentini çox çətin bir mövqedə qoyub, çünki xalqın əksəriyyəti Kuşner müqaviləsinin şərtlərini çoxdan rədd edib. Bu vəziyyət 2000-ci ildə ABŞ-ın təzyiqi ilə Ehud Barakın Qərb Şəriyədə və Qəzzadan İsrailin qismən çıxması təklifini qəbul etməsi ilə üzləşdiyi zaman Yasir Ərəfatın Kemp Devid-dəki dilemasını xatırladır. Kemp Devid Anlaşmalarından dərhal sonra Ərafat kənarlaşdırıldı və iki il sonra sirli şəkildə öldü. Abbas ABŞ-Səudiyyə təzyiqinə nə qədər müqavimət göstərə bilməsi aydın deyil.

Ancaq aydındır ki, Səudiyyə Abbasla, ya Abbassız İsraillə münasibətləri normallaşdırma səylərini davam etdirəcək və İrana qarşı radikal qərarlar verməyə hazır olacaq. Bununla belə, İsraillə doğru hərəkət, eləcə də digər cəsarətli siyasi addımlar işə düşməyə də bilər.

Əslində, Kuşner razılaşması ilə hərəkət etmə Fələstin məsələsinə ədalətli həlli olmadan İsraillə normallaşmanı rədd edən ərəb-müsəlman ölkələrinin konsensusuna qarşı hərəkət etmək deməkdir. Səudiyyə Ərəbistanı BƏƏ, Bəhreyn, Misir və İordaniya kimi ölkələrdən dəstək ala bilər, lakin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 57 müsəlman dövlətinin qalan hissəsinin deyil. Məsələn, Küveyt artıq “ev”də normallaşma tədbirləri keçirir. MBS planla davam edərsə, bu, İslam dünyasında Səudiyyə Ərəbistanının lider mövqeyini təhdid edir. İki Müqəddəs məscid xidmətçisi olan atası kral Salman müsəlmanlar üçüncü ən müqəddəs yerə – Qüdsdəki Əqsa məscidinə uduzacaq. İsraillə münasibətləri normallaşarsa, Tehranın müsəlman dünyasında Riyad əleyhinə oyunda əli güclənəcək.

 

Tərcümə: Strateq.az




Ana səhifəyə qayıt        Baxış: 758          Tarix: 20-11-2017, 13:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma