Xəbər lenti

 

Kamran Məhərrəmli

NUH.az-ın baş redaktoru

 

Bu gün Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül bəyan edib ki, təcavüzkar kişiləri  kimyəvi yolla xədim etmək lazımdır.

 

 Bir müddət  əvvəl   Qazaxıstan prezidenti hörmətli Nursultan Nazarbayev pedofillərin məcburi  kimyəvi axtalanması ilə bağlı qanun imzaladı.

Məlumat üçün  qeyd edim ki, qardaş Türkiyədə də yetkinlik yaşına çatmayanları zorlayan kişilərin axtalanması barədə dəfələrlə  qanun layihəsi müzakirə olunub.  

Hətta  bir  neçə il əvvəl  deputat, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri hörmətli Qüdrət Həsənquliyev də belə bir  sensasiyalı  təklif irəli sürmüşdü və təklif  Azərbaycan cəmiyyətində  çox müsbət qarşılanmışdı.

Mən problemdən irəli gələn bütün narahatçılıqları başa düşrəm.

Onu da qeyd edim ki,  bir neçə il əvvəl İtaliyanın ozamankı  baş naziri Silvio Berluskoninin kabinetində daxili işlər naziri-Polis Şefi vəzifəsini tutan şəxs də belə bir təklif irəli sürmüşdü. O da  zorlanmış qadınların sayının durmadan artmasınının səbəbkarı olan kişilərin axtalanmasını təklif edirdi. İtaliyanın Polis Şefi özünün uzunmüddətli təcrübəsi əsasında bu cür cinayətkarları reabilitasiya etməyin mümkün olmadığını və bu səbəbdən də problemin qarşısını almaq üçün təcavüzkar kişiləri “axtalamaqdan” başqa bir yol qalmadığını bildirirdi.

Sözün düzü, bu sayaq metodların əksər müsəlman və bəzi müsəlman olmayan ölkələrdə tətbiq olunduğunu bilirdim. Bizə qonşu olan İranda, ərəb dövlətlərində oğurluğa görə qol kəsmək, dar ağacından asmaq, şallaqlamaq, daha ağır cinayət sayılan zorlamaq üstündə “təcavüzkar”a  paz çalmaq və s. kimi cəza üsullarından istifadə olunması həmən cəmiyyətlərdə normal qəbul olunur və alqışlanır. Hətta bu cür sərt cəzaları İslam dininin tələbləri ilə əsaslandıranlar da tapılır. 

 

Amma heç kim zorlanma hallarının durmadan artmasının səbəbi ilə maraqlanmır. Bəs görəsən, dünyada nə baş verir ki, nəinki geri qalmış ölkələrdə, hətta  “yüksək dəyərlər üzərində qurulmuş”  Avropa ailəsinin üzvü və xristianlığın beşiyi olan İtaliyada, Avropaya qovuşmaq istəyən qardaş müsəlman Türkiyədə zorlanmaya məruz qalanların sayı durmadan  artır. Və o dərəcə də artır ki, tipik Şərq cəza metodu sayılan “axtalanma”  gündəmə gəlir və qaçılmaz olur.

 

Bu birdən-birə, səbəbsiz baş verə bilməzdi axı...

 

Psixoloqlar, fizioloqlar çoxdan sübut edib ki, kiməsə əzab, işgəncə verməyin, sadizmin, mazoxizmin, yaxud kimisə zorlamağın seksual əlaqəyə dəxli yoxdur. Yəni istənilən halda zorakılıq qurşaqdan aşağının problemi deyil, daha çox qurşaqdan yuxarının, daha dəqiq desək BEYİN-in  problemidir.  Zorlama aktı birbaşa beyinlə bağlı məsələdir. Axı təcavüzü yalnız qurşaqdan aşağı vasitələrlə deyil, qurşaqdan yuxarı vasitələrlə də icra edənlər var. Yəqin ki, belə olan halda sabah millət vəkilləri “təcavüzkar”ın  “dili qopardılsın,  barmağı kəsilsin” təklifini versə, təəccüblənməyə dəyməz. Yəni zorakılıq aktının mahiyyətində başqa məsələlər durur.

Yeri gəlmişkən, İtaliyanın “axtalama” təklifini verən Polis  Şefinin birbaşa “kuratsiya”sında olan bir məsələni yada salmaq istəyirəm.

Hamının yaxşı yadında olar. Bir neçə il əvvəl Neapol mafiyası ilə bağlı yazılan “Qomorro” kitabının müəllifi,  Roberto Saviano barəsində İtaliya mafiyası ölüm hökmü çıxardı. Kitabın müəllifi bir müddət polis nəzarəti altında gizli yaşayırdı. Axırda “axtalanma” təklifini verən Polis Şefinin də üzv olduğu İtaliya hökuməti yazıçının təhlükəsizliyinə təminat verə bilmədiyi üçün, kitabın müəllifini İtaliyadan çıxartmağa məcbur oldu. Qorxusundan gizli yaşayan zavallı yazıçı Euronews-ə verdiyi müsahibəsində bildirmişdi  ki:  “Mən artıq yazdığım kitabdan iyrənirəm”

Görəsən, İtaliya polisi məşhur  yazıçını “zorlayan” mafiyanı axtalaya bilərmi?

Bir nəfəri  zorlayan kişini tapmaq və axtalamaq olar. Bəs on illərlə bütöv cəmiyyətləri, xalqların iradəsini, inancını, əxlaqını, mənəviyyatını, beynini zorlayanların cəzası nədir?

Tək-tək zorlanan insanlar polisə müraciət edir. Bəs kollektiv zorlanan xalqlar kimə müraciət etsin? Bəlkə BMT-yə, bəkə ATƏT-ə?  Bax dünya bu gündədir. Sonra da deyirik ki, həm Qərbdə, həm də Şərqdə zorlamaların sayı durmadan artır.

Manyaklar çalışır  öz “şikar”larını dalda yerdə, qaranlıqda, xəlvətdə, gizli zorlasınlar ki, kimsə xəbər tutmasın. Yəni manyaklar da “ayıb” qanır, ehtiyat edirlər. Amma siyasi rejimlər ayıb-zad qanmırlar, dünyanın gözü qarşısında öz xalqlarını zorlayırlar. Bəs dünyanın gözü qarşısında, günün günorta çağı zorakılığa məruz qalan Suriya, İraq  əhalisi, Liviya xalqı dərdini kimə desin? Elə dövlətlər var ki, zorlama prosesini utanıb-qızarmadan dünyaya nümayiş etdirirlər. Təsəvvür edirsiniz bu nə deməkdir?

Bəs səhərdən-axşamacan azərbaycan cəmiyyətini murdarlayan, əslində cəmiyyətimizə manyaklıq aşılayan, cəmiyyətimizi zorlayan telekanalların dərdini kimə deyək? Hansı daha dəhşətlidir: bir qadını zorlamaq, yoxsa cəmiyyəti?

Ümumiyyətlə, unutmamalıyıq ki, cəmiyyətə tökdüklərimiz gec-tez  öz qaşığımıza çıxır....




Ana səhifəyə qayıt        Baxış: 654          Tarix: 20-02-2018, 19:26      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent