Xəbər lenti

 

Honkonq Çinin cənubunda yerləşən Xüsusi Statuslu Bölgədir. 1850-ci illərdən Böyük Britaniyanın nəzarətində olan bölgə 1997-ci ildə Çinə təhvil verildi. Çin bölgəyə 50 il müddətinə, yəni 2047-ci ilə qədər hazırkı sistemini saxlamağa icazə verdi. Beləliklə, “Bir ölkə, iki sistem” yanaşması ilə Honq Konq müstəqil beynəlxalq münasibətlər və müstəqil ordudan başqa bütün atributlarını saxlaya bildi.

Bir neçə ay əvvəl, Honq Konq hökümətinin cinayət törətmiş bir vətəndaşı Tayvana və daha sonra da fərdi əsasda digər ölkələrə, o cümlədən Çinə extradisiya etməsilə bağlı qanun layihəsinin qanunverici orqan tərəfindən müzakirələrinə başlaması honkonqluları ayağa qaldırdı. Qanun qəbul edilsəydi Çinin bölgə üzərindəki təsiri dəfələrlə artacaqdı və Honkonq demokratiyası Çin kommunizminə tabe ediləcəkdi. Kütləvi etirazlar aylardır davam edir və ölkə iqtisadiyyatını iflic vəziyyətə salmışdır. Ölkənin aparıcı səhm bazarı indeksi Hang Seng 12% azalaraq 622 milyard dollar itkiyə məruz qalıb.




Ana səhifəyə qayıt        Baxış: 326          Tarix: 20-08-2019, 15:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma