Xəbər lenti

 

 Nazilə Nəriman

 

Artıq yay öz köçünü sürüb getməyə hazırlaşır. Yarpaqlara xal düşüb. Dözülməz istilər də artıq səngimək üzrədir. Deyirlər hər fəslin öz gözəllyi var . Bu həqiqətən də belədir. Amma… Təəsüf ki, bu məmləkətdə heç cür əmmasız ötüşmək olmur.

Qışda əsasən uşaqlar daha çox sevinirlər. Şaxta baba, Qarqız, qartopu və digər əyləncələr bütün uşaqlar üçündür. Bu məmləkətin yaşayışına görə bir-birindən kəskin fərqlənən böyük sakinləri üçünsə ilin bütün fəsilləri təmalilə secilir. Məsələn, varlılar (Elə düşünməyin ki, Qərb ölkələrində olduğu kimi halal bisneslə pul qazanan adamlardan söhbət gedir. Bizim ölkədə halal yolla varlanmaq mümkün deyil. Mütləq oğurlamalısan, ya xalqın cibindən, ya da dövlətin büdcəsindən…) üçün qış yay, payız yaz kimidir. Nə qaz dərdi çəkirlər, nə işıq, nə də su. Onların yaşadığı məhəllələrdə nə işiq sönür, nə də qaz kəsilir. Qışın barmaq donduran soyuğunda “kombi”yə “xod”verib otururlar divar boyda televizorun qarşısında. Yeni ili də xarici ölkələrdə keçirir, özlərinə bu dünyada cənnnət yaradırlar. Otaqlarının sayı az qala yüzü keçən villaları yan-yana düzüb mənzil almaq üçün illərlə növbə gözləyib sonra ümidini ipotekaya bağlayan, evi olmadığına görə evlənməyə imkan tapmayan kasıblara qıcıq verməyə.

Oğru məmurların qudurğan balaları da qiyməti yüzminlərlə ölçülən avtomobilləri ilə adamları əzib o dünyaya gündərməklə məşğuldurlar. Hərbi xidmətdə olmayan, xarici maşın kolleksiyaları ilə sosial şəbəkələrdə kasıb balalarına acıq verən məmur ata-babaların “gül” balaları nə qanunları veclərinə alır, nə də günahsız insanların qanın tökdüklərinə görə vicdan əzabı çəkirlər. Çünki arxalarında böyük “güc”lər dayanır. Həbsə düşəndə zindanı da onlar üçün cənnətə döndərən, 5-6 aydan sonra əfv “etdirən” fövqəlgüclər.

Kasıb qaragün isə bilmir; qısın soyuğunda evini necə isitsin, su buraxan çəkməsini necə qurutsun, gündən-günə bahalaşan ərzağın dərdini çəksin, yoxsa tez-tez artan kommunal xərcləri ödəsin.

Müstəqilliyin bərpasından sonrakı ilk illərdə heç olmasa kasıblar yayın istisindən qurtulmaq üçün dəniz kənarına gedirdilər. Ölkənin qanun tanımayan məmurları artıq insanları bu nemətdən də məhrum ediblər. Dünyanın heç bir yerində dənizin sahillərini hasarlamaq praktikası yoxdur. Bunu da bizim məmurlar kəşf ediblər.

Qonşumgil yay tətilində Lənkərana getmişdilər. Dünən gəldiklərini eşidib onlara baş çəkdim. Necə istirahət etdiklərini soruşdum. Hec demə, qadınlar və kişilər üçün ayrıca nəzərdə tutulan əksər çimərlikləri deputat Hadı Rəcəblinin qohumları özəlləşdirib və çimərliyə giriş üçün adambaşına 2 manat pul tələb edirlər. Sahildə isə həsir kölgəliyin qiyməti 15 manat olub. Ötən il isə giriş adambaşına 1 manat imiş. Bakı çimərliklərində vəziyyət daha da açınacaqlıdır. Artıq pulsuz çimərlik tapmaq mümkün deyil. Beləliklə, kasıblar Allahın bəxş etdiyi dənizdən də məhrum ediliblər.

Bu ölkədə öz gələcəyini görə bilməyənlərin köçünün isə ardı-arası kəslimir. Bu köçün əksəriyyətini isə beyin axını təşkil edir. Yazımı bədbin notlarla bitimək istəməzdim. Amma bu düşüncə artıq hamımızn beyninə hakim kəsilib. Bu gedişlə görəsən axırımız necə olacaq?




Ana səhifəyə qayıt        Baxış: 130          Tarix: 2-09-2019, 10:45      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent