Xəbər lenti

    Ovqat.com Məhəmmədəli Abbaszadənin "Pozğun kişilərimiz" yazısını təqdim edir.

Nitşe deyir ki musiqini eşitməyənlər rəqs edənləri dəli sandılar. Deyirəm ki, bütün sevməyi bacarmayan kişilər tanıdıqları, tanımadıqları qadını pozğun adlandırdılar. Kişinin pozğunu qadının pozğunundan pis olur. Ümümilikdə bir qadını alçaltmaq, damğalamaq qədər asan nə var bu cəmiyyətdə? 

Bir qadını bu qədər qınamaq yerinə gündə beş dəfə ibadət etdiyin Allahın kitabına nəzər yetir. Quran insanları haqqsızlıq gördükdə mübarizə aparmağa, məzlumun yanında olmağa səsləyir. Mübarizəyə bəzi “kişilər” kimi həyat yoldaşını döyüb öldürməklə başlamağı nəzərdə tutmur. Belə ki bizim cəmiyyətdə qaranlıq küçədə gəzən bir qadının ayağı titrəyirsə, bu onun qorxaqlığından yox bəzi ''kişilərimizin'' şərəfsizliyindən irəli gəlir. Əslində bu problemlər sıfırdan əmələ gəlmir. Bu tamamilə zəncirvari prosesin nəticəsidir, lakin bu zəncirlərin həlqələri bir-birinə o qədər keçib ki, çarəsi çətin tapıla...
Biz 20-ci əsrlərdə öz həyat yoldaşına “xanım” deyə xitab edən bir cəmiyyət olmuşuq. Bəs bu gün bu qadın cinayətlərinə səbəb nədir? Əsas problem bəlkə də insanların bir birini lazımı qədər tanımadan evlənməsidir, kəskin mübahisələrdə bir birinə kompromisə gedə bilməmək bacarığıdır?
Bunlar mövzuya nisbətən psixoloji yanaşmaqdır. Lakin mövzüya sosial prizmadan yanaşsaq görərik ki, cəmiyyətimizdə hələ də qadınlara yetəri qədər qiymət verilmir. Cəmiyyətin bəzi üzvlərini qadına hormon aparatı kimi baxdığı dövrdə qadınlara səhifə-səhifə yazılar sadəcə görüntü yarada bilir və cinayətlərin qarşısını almaqda çox aciz qalır. Əgər bu cinayətlərin qarşısını almaq istəyiriksə, qadına lazımı dəyər verməyən beyinləri dəyişdirmək lazımdır.
Azərbaycan qadınının cəmiyyətdə mövqeyini cılız insanların cılız düşüncə tərzinə məhkum etməyək. Azərbaycan qadını əvvəl-axır lazım olduğu dəyərə layiq görüləcək. Bu yol isə təhsildən və maarifdən keçir.
Əfsuslar olsun ki, qadına həzzini və hisslərini tətmin edəcəyi əşya kimi baxan gənclərimiz bizə bunu görməyə şans yaratmır. Arzu edirəm ki, illər sonra Azərbaycan qadınından geriyə gələcəyə ümidlə baxmayan gözlər və sevgi nədir bilməyən bir ömür qalmayacaq. Azərbaycan qadınının gələcəyində yalnız belə kişilərin qamətini əzəcək qədər əzəmət və güc görürəm.




Ana səhifəyə qayıt        Baxış: 801          Tarix: 12-10-2019, 22:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma