Xəbər lenti

 

Dünyanın ən qeyri-adi ölkələrindən biri olan Yaponiyada yerləşən İzu adası gözəl təbiəti ilə məşhur olsa da, artıq bura əleyhiqazsız gəlmək təhlükəlidir.

Ovqat.com xəbər verir ki, ərazidə daim aktiv olan vulkanın oyanması nəticəsində atmosferə yayılan zərərli qaz insan orqanizmi üçün ciddi təhlükə yarada bilər. Bu səbəbdən adaya gələn turistlər maska taxmağa məcbur olurlar. Əraziyə "Qaz maskalı ada" adı verilib.

Son bir əsrdə cəmi 6 dəfə oyanan "Oyama" vulkanı son bir neçə ay ərzində atmosferə zərərli qazlar buraxır. Havada zəhərli maddələrin artımı ciddi zəhərlənmələrə səbəb olur.

Adanın ətrafında çoxlu delfinlər yaşayır. Turistlərin diqqətini də məhz bu çəkir. Adada hər addım başı əleyhqaz satan turistik mağazalar fəaliyyət göstərir. Hətta şəkil çəkdirəndə maraqlı görünsün deyə mağazalarda güllü-çiçəkli əleyhqazlar satılır. (publika.az)




Ana səhifəyə qayıt        Baxış: 1 097          Tarix: 11-10-2017, 22:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma